Sosial
FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları" mövzusunda praktiki təlim keçirib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal


















.jpg)












.jpg)













