Sosial
Dünyəvi məktəb mühiti: “Valideyn belə uşaqların hüquqlarını məhdudlaşdıra bilməz”
Son günlər Azərbaycanda məktəbli forması və hicab məsələsinin yenidən gündəmə gəlməsi cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bir tərəfdə məktəblərdə vahid forma qaydalarına riayət olunmasını vacib sayan mövqe, digər tərəfdə isə valideynlərin dini və şəxsi seçimlərlə bağlı tələbləri dayanır. “Təhsil haqqında” Qanuna görə şagirdlərin geyim forması məktəbin nizamnaməsi ilə tənzimlənsə də, bu məsələ yalnız hüquqi çərçivə ilə məhdudlaşmır. Mövzu həm də hüquq, məsuliyyət və qarşılıqlı anlaşma baxımından daha geniş yanaşma tələb edir.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən deputat Müşfiq Məmmədli bildirdi ki, 18 yaşına qədər uşaqlarla bağlı məsələlər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaya əsaslanır və ölkə qanunvericiliyi də həmin konvensiyaya uyğunlaşdırılır.
Onun sözlərinə görə, Azərbaycan dünyəvi demokratik dövlət olduğu üçün uşaqların hüququ məsələləri yalnız qanunvericilik aktlarına uyğun tənzimlənməlidir:
"Bütün qanunvericilik aktları onu göstərir ki, uşaqlar hüququn subyektidir. Onlar təkcə valideynlərinin övladı yox, həm də dövlətin bütün hüquqlarını qoruduğu vətəndaşıdır. Ona görə də uşaq hüquqları valideynlər tərəfindən məhudulaşdırıla bilməz. Azərbaycan dünyəvi demokratik dövlətdir və burada din dövlətdən ayrıdır. Hazırda da Milli Məclisdə birinci oxunuşdan keçən uşaq hüquqları haqqında yenilənmiş qanunvericilik aktı var. Plenar iclaslarda müzakirələrdən sonra bu akt qəbul olunacaq. Bütün bunlar Azərbaycanda uşaq hüquqlarının qorunmasına verilən önəmin sübutudur".

Deputat qeyd etdi ki, ölkəmizdə hər kəs öz dini etiqadlarını digər isnanların hüquqlarını pozmadan həyata keçirməkdə sərbəstdir:
"Hamı dini etiqadını və düşüncələrini evində və digər ictimai məkanlarda icra etməkdə sərbəstdir, dövlət ona tam zəmanət verir. Burada yetişkin insanlardan söhbət gedir. Amma uşaqların hüquqlarının qorunmalı olduğu məkanlarda qanunvericiliyin tələblərinə uyğun hərəkət etmək lazımdır. İnsanlar hansı dinə mənsub olmasından asıl olmayaraq bu məsələdə müəyyən müddəları nəzərə almalıdırlar. Heç bir şəxs öz iradəsini başqa birinə zorla qəbul etdirə bilməz, bu, hətta öz övladı olsa belə, qanunvericiliyə ziddir".
Təhsil eksperti Səbuhi Abdullayev açıqlamasında məktəblərdə vahid formanın vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu, təhsil müəssisələrində sosial bərabərliyi təmin edir:
"Bu, şagirdlərin diqqətinin yayınmasının qarşısını alır. Eyni zamanda, vahid forma onların stress və diqqət dağınıqlığını azaltmaq baxımından mühüm amildir.
Dini məsələyə gəldikdə isə, ölkəmizdə kifayət qədər dini etiqadı olan insanlar var. Bu səbəbdən məsələyə həssas və diqqətli yanaşmaq vacibdir. Fikrimcə, hazırda bu mövzu kəskin qərar tələb etmir. İnsanların etiqadına hörmətlə yanaşaraq, problemi zamanla və dialoq yolu ilə həll etmək daha məqsədəuyğun olardı".
Roza Şəfiyeva
-
Nida Xəbər 14:31İran bu mövzuda ABŞ-a güzəştə gedir - Üçüncü ölkəyə təhvil veriləcək
-
İdman13:42Yaşıl meydanların rus gözəli: O, Bakıya niyə gəlibmiş? - Fotolar
-
İdman12:57Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir
-
Köşə12:12Mourinyodan şok iddia: Bunun “Qarabağ”a nə dəxli var?
-
Region11:18Paşinyan mayın 28-də parad keçirəcək: Məqsədi nədir?
-
Nida Xəbər 11:03Daha 17 itkin-şəhid dəfn olunacaq - FOTO
-
Region10:30Azərbaycanın sərhədlərini güdən Aİ Missiyasının Ermənistandakı yeni rəhbəri kimdir?
-
Dünya10:00Elçi şad xəbərlə qayıtdı: Ukrayna və Rusiya razılaşdı























.jpg)














