Sosial
Əhali fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilir - Foto
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı Baş Gömrük İdarəsində, Xəzər rayonu 121 nömrəli tam orta məktəbində və Nərimanov rayonu "Ankara məktəbi" məktəb-liseyində, Gəncə RM tərəfindən “Yeni Gəncə Hotel Company” MMC-də, Qarabağ RM tərəfindən Beyləqan rayonu Xaçınabad kənd 2 nömrəli tam orta məktəbində, Aran RM tərəfindən Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin inzibati binasında və Goranboy rayonu Qarqucaq kənd tam orta məktəbində, Şimal-qərb RM tərəfindən İsmayıllı rayonu Mollaisaqlı kənd tam orta məktəbində və İsmayıllı şəhəri 4 nömrəli uşaq baxçasında, Şimal RM tərəfindən Xaçmaz rayonu Bostançı kənd tam orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər















-332321585f0779969d9957a0ad7dcda0.jpg)






.png)














