Sosial
71 illlik xoşbəxt evliliyin sirri: “Mənə pul da versələr...” - Video
Üzlərində təbəssüm, gözlərində isə sevgi var. Söhbət Qubanın Töhmər kəndində yaşayan Rəcəbovlar cütlüyündən gedir.
Publika.az xəbər verir ki, onlar düz 71 ildir ömür yolunu birlikdə addımlayırlar. Sağlamlığın və xoşbəxtliyin sirrini isə sadə həyat tərzi ilə izah edirlər. Uzunömürlü Seydi Rəcəbov həyat təcrübəsini belə ifadə edir:
"91 yaşım var. Doqquz övladım var - altısı qız, üçü oğlandır. 29 nəvəm, 50 nəticəm var. Üstəlik, üç kötücəm də dünyaya gəlib. Özümə həmişə diqqət etmişəm, düzgün qidalanmışam. Səhər yeməyimi vaxtında yemişəm. Bazardan alınan şeylərə ehtiyac olmayıb. Sağlamlıq hər insanın öz əlindədir. Tez oyanmaq, fiziki işlə məşğul olmaq vacibdir. Şəhərdə oturub hazır yemək mənlik deyil. Mənə pul da versələr, kənddən çıxmaram. Kənd mənim üçün müalicə kimidir".
Onların tanışlığı illər öncəyə dayanır. Seydi Rəcəbov o günləri Baku TV-yə belə xatırladır:
"O vaxt indiki kimi fırıldaqlar yox idi. Bir məhəllədə yaşayırdıq, həm qonşu idik, həm də qohumluq əlaqəmiz vardı. Qış vaxtı idi. O zaman nə maşın var idi, nə də indiki şərait. Sadə şəkildə toy etdik. İşıq yox idi, lampanın işığında toy olmuşdu".
Seydi Rəcəbov uzunömürlülüyün sirrini isə belə izah edir: "Xoşbəxt yaşamaq lazımdır. Qazandığım pulu həyat yoldaşıma verirdim. İndi kim qazandığını yoldaşına verir? Əgər insan həyat yoldaşına güvənmirsə, pul başqa yerə gedər. Amma bizdə həmişə etibar olub".
-
Sosial22:0071 illlik xoşbəxt evliliyin sirri: “Mənə pul da versələr...” - Video
-
Magazin121:24"Dünyada Elnarə kimi müğənni yoxdur"
-
Dünya20:36Qlobal istiləşmə dünya qəhvə bazarını təhdid edir
-
Magazin118:36“Qəpiyimə qədər alıb, evimə köçə bilmirəm” - Video
-
Ekologiya17:38Bu ərazilərə qar yağacaq - Xəbərdarlıq
-
Region16:59İrandan gizli ssenari - Əgər Xamenei öldürülərsə...
-
İdman16:48Messi hakimlərə hücum etdi - Video
-
Hadisə15:59Ramin Yusifovun qardaşı Rusiyada vəfat etdi







































