Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirildi - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirildi - FOTO/VİDEO

Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evinin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində və tullantı kollektorunda baş verən qəza ilə əlaqədar içməli su xəttinin yenisi ilə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri yekunlaşır.

Bu barədə Publika.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun müvafiq strukturları tərəfindən 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Həmin xətdən qidalanan abonentlərin su təminatı bərpa edilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunur. Hazırda quraşdırma işləri davam etdirilir.

Rəşid Bağırov küçəsində yaşayan sakinlərin abonent birləşmələri bərpa olunur.

Xüsusilə diqqətə çatdıraq ki, içməli su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm