Sosial
Bu günlə bağlı əhaliyə xəbərdarlıq - Hazır olun
Fevralın 24-də Yer kürəsində G2 səviyyəli maqnit fırtınası gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, Yer hazırda böyük bir tac dəliyindən gələn yüksək sürətli günəş küləyi axınının təsiri altındadır. Bu axın günəş küləyinin sürətini təxminən 700 km/s-yə qədər artırıb və son günlərdə G1 səviyyəli maqnit fırtınalarına səbəb olub.
Mütəxəssislər qeyd edirlər ki, bu gün də zəif maqnit fırtınası ehtimal olunur. Bununla yanaşı, prosesin müəyyən dövrlərdə G2 səviyyəsinə, yəni orta güclü maqnit fırtınasına qədər güclənməsi istisna edilmir.

G2 maqnit fırtınası nədir?
G2 maqnit fırtınaları orta səviyyəli geomaqnit pozuntuları kimi təsnif edilir. Bu hallar Günəşdə baş verən partlayışlar və tac kütlələrinin atılması nəticəsində yaranır. Yüklü hissəciklər axını Yerin maqnitosferinə çatdıqda geomaqnit aktivlik artır.
Belə dövrlərdə, radio rabitəsində müvəqqəti dalğalanmalar, peyklərin işində kiçik nasazlıqlar, qütb parıltılarının (aurora) daha intensiv müşahidəsi mümkündür.
Meteohəssas insanların bu günlərdə baş ağrısı, yorğunluq və arterial təzyiqdə dalğalanmalar hiss edə biləcəyi bildirilir. Mütəxəssislər maqnit fırtınası zamanı sakit rejimə üstünlük verməyi, kifayət qədər istirahət etməyi, bol maye qəbul etməyi və həddindən artıq fiziki-psixoloji gərginlikdən uzaq durmağı tövsiyə edirlər.
Qeyd olunur ki, G2 səviyyəli maqnit fırtınaları adətən qısamüddətli olur və ciddi təhlükə yaratmır.(Musavat.com)
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














