Sosial
Nəqliyyat vasitəsi bu halda duracaqdan buraxılacaq - Yeni qayda
Mühafizə olunan duracaqda saxlanılan nəqliyyat vasitəsinin sahibi müəyyən məbləğdə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi ona qaytarılacaq.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məsələ “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə biləcək.
Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli Qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib.
Məsələ deputatların müzakirəsindən sonra qəbul olunub.
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














