Sosial
“Araz” supermarketlər şəbəkəsi internat məzunlarının məşğulluğuna dəstək göstərəcək - Fotolar
“Veysəloğlu Şirkətlər Qrupu”na daxil olan “Araz” supermarketlər şəbəkəsi korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial layihələr həyata keçirməyə davam edir.
Bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyası və İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumun əsas məqsədi aztəminatlı şəxsləri dəstəkləmək, əhalinin məşğulluq imkanlarının artırılmasına töhfə vermək və əmək bazarına peşəkar kadrlar hazırlamaqdır.
Əməkdaşlıq çərçivəsində peşə təlimi keçmiş aztəminatlı şəxslər, eyni zamanda, internat məzunları üçün təcrübə proqramlarının təşkil olunması, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi və daimi işlə təmin olunması nəzərdə tutulur.
Layihə çərçivəsində əldə olunacaq praktiki nəticələrin sosial həssas qrupların peşə bacarıqlarının artırılmasına, onların əmək bazarında dayanıqlı mövqe qazanmasına real töhfə verəcəyi gözlənilir.
“Araz” bundan sonra da korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyət üçün uzunmüddətli və dəyər yaradan təşəbbüsləri davam etdirməyi hədəfləyir.
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz











-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














