Sosial
“Canlıda eşitdik, 25-26 yaşlarında oğlan səsi idi” - Tələbələri şantaj edən kimdir? - VİDEO
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyi iddia olunur.
Publika.az xəbər verir ki, naməlum şəxs onların sosial şəbəkə profillərindən götürülən şəkillərini süni intellektlə montaj edərək platformada yayımlayıb.
Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı deyir ki, vəziyyət fevralın 20-si axşam saatlarında onlara məlum olub:
“Bəzilərini isə heç bilmirik hardan götürüblər. Elə şəxslər vardır ki, heç profillərində şəkillərini paylaşmayıblar. Bizim xəbərimiz yoxdu ki, kimdir. Hələ ki, heç kim tapa bilmir. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi”.
İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələrinə qarşı istifadə etməyə başlayıb.
“Hekayə bölməsində yazıb ki, pul atın kartıma. Tapıblar ki, mail Rusiyadan açılıb və birdəfəlik gmaildir”, - deyə tələbə əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, tələbələrin müraciəti əsasında araşdırma başlanılıb.
Bakı Dövlət Universitetindən isə qeyd edilib ki, təhsil müəssisəsi tələbələrin müraciəti əsasında vəziyyətdən xəbər tutub.
“Hadisə hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Tələbələrə şantaj edən şəxsin kimliyi, onun niyə məhz hüquq fakültəsində oxuyanları hədəf alması isə məlum deyil”.
Daha ətraflı İTV-nin süjetində:
-
Səhiyyə20:48TƏBİB sədrinə müşavir təyin olundu - Foto
-
Dünya20:12İrandan qayıdan ailənin 8 üzvü faciəvi şəkildə HƏLAK OLDU
-
Hadisə19:24Şadlıq evindən qopan daş bəy atasının həyatına son qoydu - Yeniləndi
-
Sosial19:12Türkiyəli aktrisa Bakıda yol qaydasını pozdu
-
MDB17:10İrəvandan Kremlə xəbərdarlıq: Ermənistan KTMT və Aİİ-dən bu halda çıxacaq
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib




































