Sosial
Zakir Fərəcov Belçika Krallığının ölkəmizdəki səfiri ilə görüşdü - FOTO
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı şəhər rəhbəri qonağa Sumqayıtın yaranma tarixi, sənaye şəhəri kimi formalaşması, əhalinin məşğulluq səviyyəsi, sosial infrastrukturun inkişafı, eləcə də son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci ən böyük sənaye mərkəzi olmaqla yanaşı, innovativ layihələrin icra olunduğu strateji şəhərlərdən biridir. Qeyd olunub ki, şəhərdə sənaye müəssisələrinin müasir standartlara uyğun yenidən qurulması, yeni texnologiyaların tətbiqi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə kimya, metallurgiya, tikinti materialları və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin modernləşdirilməsi iqtisadi artıma mühüm töhfə verir.
Zakir Fərəcov vurğulayıb ki, xarici investorlar üçün əlverişli biznes mühiti formalaşdırılıb, sənaye zonalarında müxtəlif vergi və gömrük güzəştləri tətbiq olunur. Bu amillər beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün real imkanlar yaradır. Şəhər rəhbəri Belçika şirkətlərinin Sumqayıtda həyata keçirilən layihələrdə iştirakının qarşılıqlı faydalı ola biləcəyini diqqətə çatdırıb.
Səfir Julyen de Frepon isə Sumqayıta rəsmi səfərindən məmnunluğunu ifadə edərək, şəhərdə müşahidə etdiyi dinamik inkişaf prosesini yüksək qiymətləndirib. Diplomat qeyd edib ki, Azərbaycan ilə Belçika arasında iqtisadi, ticarət, humanitar və mədəni sahələrdə möhkəm əlaqələr mövcuddur və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensial var.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri, xüsusilə sənaye, logistika, alternativ enerji və təhsil sahələrində mümkün birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı səfərlərin və işgüzar əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
Sumqayıta səfəri çərçivəsində səfir Julyen de Frepon Heydər Əliyev Mərkəzi, Şəhidlər Xiyabanı və bir sıra sənaye müəssisələrində də olub.
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin




















.png)















