Sosial
Cəbrayılda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirilib.
Publika.az xəbər verir ki, aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, uyğun şəxslərin qeydiyyatı aparılıb.
Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə Mərkəzdə təşkil edilən peşə kursları, bu kurslara cəlb edilmək üçün müraciət qaydaları barədə məlumat verilib.
Qeyd edək ki, ötən dövrdə Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 36 əmək yarmarkası, 1 peşə yarmarkası keçirib.
-
Magazin121:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...










.jpg)


























