Sosial
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
“Unibank” KB ASC enerji səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi istiqamətində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində Unibank müvəkkil kredit təşkilatı qismində Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin təqdim edilməsini həyata keçirəcək.
Sənəd EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi, kreditlərin şərtləri, təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması və hesabatlılıq mexanizmləri müəyyən edilib.
EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq nəticəsində Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.
“Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov isə qeyd edib ki, bütün sahələrdə effektivliyin artırılması mühüm əhəmiyyət daşıyır və xüsusilə energetika sahəsində enerji səmərəliliyi aktual istiqamətlərdən biridir. O, “Unibank”ın bu sahədə həyata keçirdiyi layihələrə diqqət çəkərək, qarşılıqlı əməkdaşlığın davamlı inkişafına hazır olduqlarını vurğulayıb.
Bu əməkdaşlıq çərçivəsində enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni imkanlar formalaşır və dayanıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verilir.
-
Avropa15:30Avropa qorxu içində: ABŞ qoşunları çıxır, NATO parçalanır
-
ABŞ14:29Tramp jurnalisti hədələdi: Ya mənbəni açıqla, ya da həbs olunacaqsan
-
ABŞ13:18Ağ Ev onu İranla danışıqlardan uzaqlaşdırır: Netanyahunun adamıdır
-
Dünya13:00Dünya ayağa qalxdı: 40 ölkə Hörmüz üçün gizli toplantıya yığışır
-
İdman12:36Kardaşyan və Hemilton münasibətlərini bu paylaşımla təsdiqlədilər - VİDEO
-
Dünya12:30“Artemis” Aydan qayıdır: Unikal fotolarla
-
İdman10:48Tarixin ən sadiq futbolçuları: Siyahıda Tale Heydərovun sabiq müşaviri də var
-
Maraq dünyası09:48Zəngin olacaq 3 bürc









.jpg)



























