Sosial
İtkin düşmüş qohumlarınızı tapın: Üçüncü Reyxin arxivləri açıldı
Almaniyada nasist dövrünə aid arxivlərin rəqəmsallaşdırılması ilə Üçüncü Reyx dövrünün qaranlıq səhifələri hər kəs üçün əlçatan olub. Artıq on milyonlarla sənəd beynəlxalq bazalar vasitəsilə onlayn məkana çıxarılıb ki, bu da insanlara öz qohumlarının keçmişini və ailə tarixçəsini araşdırmaq imkanı verir.
Publika.az xəbər verir ki, əsas məlumat bazası 30-40 milyondan çox sənədi özündə birləşdirən "Arolsen Archives" beynəlxalq sistemində cəmləşib. Bu arxivlərdə həbs düşərgələri, məcburi əmək, deportasiyalar və köçkün düşmüş şəxslər barədə dəqiq materiallar yer alır.
Sənədlərin böyük bir hissəsi artıq rəqəmsallaşdırılıb və ad üzrə axtarış funksiyası aktiv edilib. Eyni zamanda, İkinci Dünya Müharibəsindən sonra müttəfiqlər tərəfindən müsadirə edilən nasist partiyasının (NSDAP) üzvlük kartotekaları da onlayn dövriyyəyə daxil edilib. Hazırda ABŞ arxivlərində bu mövzuda 11 milyona yaxın sənəd saxlanılır.
Almaniya Federal Arxivlərində sənədlərə birbaşa giriş məhdud olsa da, beynəlxalq media layihələri və rəqəmsal xidmətlər Almaniya və ABŞ arxivlərini vahid platformada birləşdirib. Bu interfeyslər istifadəçilərə sadə axtarışla öz əcdadlarının nasist dövründə harada olduğunu, hansı fəaliyyətlə məşğul olduğunu və ya nələrə məruz qaldığını öyrənməyə şərait yaradır.
Müəllif: Adəm
-
Banklar 03:43Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
-
Qoroskop00:45Günün ulduz falı: qəfil yaranan səyahət fürsəti planlarınızı dəyişəcək
-
Hadisə5 Avqust 22:46Bakıda məsciddə yanğın oldu - Yeniləndi
-
Hadisə5 Avqust 20:24Mingəçevirdə yeniyetmə kanalda batdı
-
Hadisə5 Avqust 20:00Bakıda ticarət mərkəzində bədbəxt hadisə
-
Ekologiya5 Avqust 18:30Əhali sayı sürətlə azaldılmalıdır... - Qorxunc plan
-
Nida Xəbər 5 Avqust 14:30ABŞ-ın xüsusi elçisi İrəvanda - Zəngəzur dəhlizinə xüsusi diqqət
-
Rəsmi xronika5 Avqust 13:20İlham Əliyev sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı dəyişiklikləri təsdiqlədi






























.jpg)
.jpg)







