Sosial
İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı üçün işəgötürənlərlə birgə ardıcıl işlər aparılır
Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində işəgötürənlərlə birgə ardıcıl işlər aparır.
Bu barədə Nazirlikdə işəgötürənlərlə keçirilən növbəti görüşdə bildirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev doğma yurdlarına qayıdan sakinlərin həm işlə təminatı, həm yeni peşələrə yiyələnməsi, həm də özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərinin qurulması sahəsində aparılan işləri diqqətə çatdırıb.
Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak edib.
İşğaldan azad olunmuş ərazilərdə işçi və işəgötürənlər üçün tətbiq olunan güzəşt və imtiyazlar da diqqətə çatdırılıb. Həmin bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması sahəsində görüləcək birgə işlər müzakirə edilib.
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı



































