Müdafiə Nazirliyi HHM ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir
Bizi izləyin

Sosial

Müdafiə Nazirliyi HHM ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Müdafiə Nazirliyi HHM ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edir.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sənəd qəbulu 15 may tarixinədək (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, eyni zamanda Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, “Naxçıvan-1” hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək həyata keçiriləcəkdir (şənbə, bazar və bayram günləri istisna olmaqla). Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər qəbul edilir.

Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.

Xidmət yerləri:

• ⁠Bakı şəhəri;

• ⁠⁠Sumqayıt şəhəri;

• ⁠Gəncə şəhəri;

• ⁠⁠Naxçıvan MR;

• ⁠Mingəçevir şəhəri;

• ⁠Kürdəmir rayonu.

Tələb olunan sənədlər:

• ⁠kursa qəbul olunmaq barədə ərizə;

• ⁠anket forması;

• ⁠tərcümeyi-hal (1 nüsxədə);

• ⁠təhsil haqqında sənədin surəti (1 nüsxədə);

• ⁠doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

• ⁠yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

• ⁠əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

• ⁠şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

• ⁠sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);

• ⁠nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

• ⁠həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

• ⁠rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);

• ⁠hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);

• ⁠psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Qeyd: Namizədlər ərizə və anket formasını, həmçinin tərcümeyi-hal nümunəsini Milli Müdafiə Universitetinin rəsmi saytının (mmu.edu.az) “Təhsil müəssisələrinə qəbul” bölməsindən “Çavuş hazırlığı” seçimini etdikdən sonra “Sənədlər” bölməsinə daxil olaraq əldə edə bilərlər.

İmtiyazlar:

Kurs müddətində:

• Əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.

Xidmət müddətində:

• ⁠kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;

• ⁠xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

• ⁠il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

• ⁠ailə üzvləri üçün güzəştli tibbi təminat;

• ⁠güzəştli ipoteka krediti;

• ⁠Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

• ⁠karyerada inkişaf.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə məlumatları:

Telefon: - (012) 404-18-45
Telefon: - (036) 545-00-11 (Naxçıvan)
Çağrı mərkəzi: - *0811
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065

Oxumağa davam et
Reklam
Reklam

Gündəm