Sosial
PA rəsmisi: Azərbaycan və Ermənistan arasında sülh təmin olundu
"Azərbaycan və Ermənistan arasında sülh bərqərar edilib və münaqişə artıq geridə qalıb".
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan özünəməxsus təşəbbüslərlə, həm demokratik, həm də hərbi yollarla suverenliyini təmin edib: "Biz bölgəyə sülhü geri qaytardıq. Hazırda iki ölkə ABŞ-nin vasitəçiliyi ilə bir araya gələrək sülh sazişinə nail olub".
H.Hacıyev vurğulayıb ki, 30 il ərzində kənar güclər regiona müxtəlif həll variantları diktə etməyə çalışsalar da, regional liderlik və məsuliyyət hissi ən doğru həll yolunu tapmağa imkan verib: "Biz məhz bunu etdik və münaqişəyə son qoyduq. Artıq Cənubi Qafqaz dinc və sülh şəraitində yaşayan bir regiondur".
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı



































