Sosial
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırıb
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər ərazisində vətəndaşlarla növbəti səyyar görüş təşkil olunub.
Görüş şəhərin 1-ci mikrorayonunda keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ərazi sakinləri iştirak ediblər.
Tədbir zamanı bildirilib ki, səyyar qəbulların keçirilməsi vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin olunması, yerli problemlərin birbaşa yerində öyrənilməsi və onların operativ həllinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərin eyni zamanda vətəndaşlarla açıq dialoqun gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Qəbul zamanı sakinlər tərəfindən sosial təminat, məşğulluq imkanları, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər aktual məsələlərlə bağlı müraciətlər səsləndirilib. Bir sıra müraciətlər yerində araşdırılaraq müvafiq həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Qeyd olunub ki, şəhər ərazisində vətəndaşların müraciətlərinə operativ baxılması və qaldırılan məsələlərin həlli istiqamətində səyyar qəbulların keçirilməsi davam etdirilir.
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı



































