Sosial
Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil olunan görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu aprelin 17-də Ağdam şəhərində keçirilib.
Ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunan qəbulda Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsi ilə bağlı təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.







-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
































.jpg)

