Sosial
FHN-in regional mərkəzlərində maarifləndirmə kursları keçirildi
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə Aran, Şimal-qərb və Muğan Regional mərkəzlərində mərkəzlərin əhatə etdiyi ərazidə fəaliyyət göstərən din xadimlərinin iştirakı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə kursları keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, kursların keçirilməsində məqsəd tədbir iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Kurslarda Fövqəladə Hallar Nazirliyinin Aparatının, regional mərkəzlərin və digər aidiyyəti yerli qurumlarının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələrinin əməkdaşları və din xadimləri iştirak ediblər.
Kurslarda çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, fövqəladə hallar zamanı davranış qaydaları barədə bütün peşə sahiblərinin, o cümlədən din xadimlərinin məlumatlı olmalarının vacibliyini diqqətə çatdırıblar.
Tədbirlərin nəzəri hissəsində əməkdaşlar tərəfindən fövqəladə halların təsnifatı, ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiə və xilasetmə işinin təşkili, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.
Həmçinin, FHN-in Tibb Mərkəzinin ixtisaslaşmış psixoloqları kurslarda müvafiq mövzularda çıxışlar ediblər.
Tədbirlərdə mövzulara dair videoçarxlar nümayiş olunub.
Kursların praktiki hissəsində tədbir iştirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı



































