Sosial
Paytaxtda qorxulu vəziyyət: Bu evlər hər an dağıla bilər - Video
Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, təxminən 10 mənzil sakininin təhlükəli vəziyyətdə yaşadığı ünvan paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Badamdar yolu, ev 15B və 5D-dir.
Şikayətçilərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən əraziyə baxış da keçirilib. Lakin sakinlərin gedəcək başqa yerləri olmadığından onlar həmin evlərdə yaşamağa davam edirlər.
Həmçinin bildirilib ki, qeyd olunan hal ilk dəfə baş vermir. Bu günə qədər yaranan qəzalı vəziyyətlə bağlı sakinlər özləri müəyyən tədbirlər görüblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyidən bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilib, vəziyyətlə bağlı akt tərtib olunub və aktın bir nüsxəsi aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına göndərilib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər edilib.
-
Sosial09:19Gizli, yoxsa razılaşdırılmış nəzarət? - Uşaq hiss etməlidir ki...
-
Dünya07:15Əri ilə mübahisə edən qadın milyonlarla dolları pəncərədən çölə səpələdi
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu







.jpg)
.jpg)

















.jpg)









