Sosial
Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlayıb.
Publika.az APA--ya istinadla xəbər verir ki, Palata DGK-da dövlət vəsaitlərinin və əmlakın istifadəsi üzrə audit aparıb. Audit 2023–2025-ci illəri əhatə edib.
Qeyd edilib ki, bu dövrdə daxilolmalar 240,7 mln. manat, xərclər isə 238,8 mln. manat təşkil edib. 2023-cü ildə büdcədənkənar vəsaitlər üzrə xərclər 68,5 mln. manat olub. Bu məbləğ bəzi xərclərin azaldılması (5,7 mln. manat) və digər xərclərin artırılması (37,8 mln. manat) hesabına formalaşıb.
Audit zamanı müəyyən edilib ki, 24,6 min manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda “Azərterminalkompleks” Birliyinin hesabında saxlanılıb.
İnzibati cərimələrin tam uçotu aparılmayıb, bəzi hallarda gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi təmin edilməyib. Eyni zamanda 602,3 min manat məbləğində işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.
Audit göstərib ki, bəzi mallar üzrə gömrük prosedurları tamamlanmayıb və bu səbəbdən gömrük ödənişləri hesablanmayıb.
Yeni inzibati binanın tikintisi üzrə 17,9 mln. manatlıq vəsait maliyyə sənədlərində tam əks etdirilməyib. Binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri artırılıb. Mühasibat uçotu sistemində də problemlər aşkarlanıb. Belə ki, məlumatlar proqram təminatına tam daxil edilməyib, aktivlərin inventarizasiyası vaxtında aparılmayıb. Həmçinin, Komitənin bəzi hesablarında olan vəsaitlərin hərəkəti maliyyə sənədlərində əks etdirilməyib. Bundan əlavə, 746,9 min manat məbləğində gələcək dövrlərə aid xərclər düzgün uçota alınmayıb.
Palata əlavə edib ki, 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri də hesabatlarda düzgün göstərilməyib.
Auditin nəticələrinə əsasən 966,1 min manat dövlət büdcəsinə qaytarılıb, 828,2 min manat natura formasında bərpa edilib, 3,2 mln. manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video














.jpg)











.jpg)






.jpg)


