Sosial
Sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı açıqlama
Paytaxtda yerləşən 275 nömrəli tam orta məktəbin V sinfində təhsil alan şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi ilə bağlı iddialar səsləndirilib.
İddialara əsasən, şagird ölümlə təhdid etdiyi sinif yoldaşlarının siyahısını hazırlayıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı məktəbdən “Azərbaycan müəllimi”nə bildirilib ki, 2022-ci ilin 16 noyabr tarixində 275 nömrəli tam orta ümumtəhsil məktəbinə yerdəyişmə ilə gələn 5 “d” sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni tərəfindən əvvəlki məktəbinə geri qaytarılıb.
“Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq müəyyən davranış tənzimləməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması haqda valideynə məlumat verilib. Bununla yanaşı, şagird davranış qaydaları ilə əlaqədar məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib”, - açıqlamada vurğulanıb.
Məlumata görə, həmçinin Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin təşkili bölmə rəisi valideyn və şagirdlərlə profilaktik söhbət aparıb.
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı









.jpg)
























