Sosial
Gənədən keçən virus: Fermerin ölümü Türkiyəni təşvişə saldı
Türkiyənin Sivas vilayətində gənc bir kişi gənə dişləməsi nəticəsində yoluxduğu Krım-Konqo hemorragik qızdırmasından (KKHQ) həyatını itirib.
Publika.az-ın məlumatına görə, bu, cari mövsümdə qeydə alınan ilk ölüm halıdır.
Bildirilir ki, Tokat vilayətində heyvandarlıqla məşğul olan 21 yaşlı Süleyman Gülsün 10 gün əvvəl yüksək hərarət şikayəti ilə xəstəxanaya müraciət edib. Vəziyyəti ağırlaşdıqdan sonra o, Sivas vilayətində yerləşən tibb müəssisəsinə köçürülüb.
Müayinələr zamanı onun Krım-Konqo Hemorragik Qızdırması (KKHQ) virusuna yoluxduğu müəyyən edilib.
Reanimasiya şöbəsində həkimlərin bütün səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, ötən il havaların həddindən artıq isti keçməsi səbəbindən gənələr İstanbul və Antalya kimi böyük şəhərlərdə də yayılmışdı. 2025-ci ildə isə təkcə Sivas vilayətində gənə dişləməsi nəticəsində KKHQ virusuna yoluxan azı 10 nəfər həyatını itirib.
Müəllif: Adəm
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi














.jpg)

















