Dünya
ABŞ təyyarələrində təhlükəli nasazlıq: Hissələr havada qopdu
Yaponiya Hərbi Hava Qüvvələrində (JASDF) xidmət edən ABŞ istehsalı olan F-15 qırıcı təyyarələrinin texniki vəziyyəti ilə bağlı yaşanan son hadisələr mübahisələrə səbəb olub.
Publika.az “Haber 7”yə istinadən xəbər verir ki, aprel ayında Hokkaydodakı Tetsui Hava Bazasında yerləşən F-15 qırıcı təyyarələri ilə bağlı ardıcıl olaraq iki ciddi hadisə baş verib.
Aprelin 16-da təyyarələrdən birinin qanadından bir parça qopub, ayın 21-də isə diametri 5,4 santimetr olan silindrik bir hissə Tomakomai şəhəri üzərində uçuş zamanı qoparaq düşüb.
Hər iki hadisədə pilotların uçuş zamanı heç bir problem görmədiyi və nasazlıqların yalnız bazaya qayıtdıqdan sonra yoxlamalar zamanı aşkar edildiyi bildirilib.
Ekspertlər bu cür nasazlıqların uçuş təhlükəsizliyi üçün ciddi risklər yaratdığını və Yaponiyanın uzun müddətdir mövcud olan F-15 donanmasının texniki xidmətə və modernləşdirilməyə ehtiyacı olduğunu qeyd edirlər.
Müəllif: Roza
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
-
Sosial11:31May ayının istirahət günləri açıqlandı
-
ABŞ09:24Tramp atəşə tutulub, qonaqlar da şərab oğurlayıblar

































.png)


