Sosial
Bu şəxslər daha tez pensiyaya çıxa bilər: “Güzəştli pensiya” hüququ kimlərə şamil olunur?
Azərbaycanda pensiya sistemi çərçivəsində bəzi kateqoriyalara aid şəxslərə “güzəştli pensiya” hüququ verilir. Bu mexanizm əsasən ağır və zərərli əmək şəraitində çalışanlar, xüsusi peşə sahibləri, eləcə də sosial müdafiəyə daha çox ehtiyacı olan qrupları əhatə edir. 01.07.2017-ci il tarixindən sonra qüvvəyə minən dəyişikliklərə əsasən, bu kateqoriyalar üzrə yaş hədləri və şərtlər yenidən müəyyənləşdirilib. Nəticədə, əmək stajı və peşə xüsusiyyətlərinə uyğun olaraq vətəndaşların pensiyaya daha erkən çıxmaq imkanları formalaşıb.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu, hər zaman belə olub ki, ağır və zərərli şəraitdə çalışan şəxslərə güzəştli pensiya yaşı hüququ tətbiq olunur:
“Zaman-zaman bu sahədə müəyyən dəyişikliklər edilsə də, gələcəkdə bu hüququn hansı peşə və ya sahələrə şamil ediləcəyini dəqiq demək çətindir. Açığı, Azərbaycanda güzəştli pensiya yaşının daha geniş kütləyə tətbiq olunacağını gözləmirəm. Bunun əsas səbəbi isə iqtisadi amillərlə bağlıdır. Çünki belə bir qərar qəbul edilərsə, Dövlət Sosial Müdafiə Fondu daha çox vəsait ayırmalı olacaq. Halbuki, fondun mövcud vəsaiti artıq indi də tam yetərli deyil. Hər il əlavə olaraq dövlət büdcəsindən dəstək alır”.
Buna baxmayaraq, müasir dövrün tələbləri pensiya sistemində yeni peşələrin də nəzərə alınması ehtimalını gündəmə gətirir. Ekspertlərin proqnozlarına görə, gələcəkdə təkcə fiziki deyil, həm də ağır psixoloji və intellektual yükü olan sahələr siyahıya düşə bilər. Daimi gərginlik altında işləyən kibertəhlükəsizlik ekspertləri, süni intellekt analitikləri və hava hərəkətini idarə edən dispetçerlər bu siyahıda potensial namizədlər hesab olunur. Çünki uzunmüddətli koqnitiv yüklənmə də fiziki ağırlıq qədər insanın əmək qabiliyyətinə təsir göstərir.
Yəni, qanunvericilik hazırda əsasən fiziki cəhətdən ağır sahələri əhatə edir, lakin iqtisadi imkanlar yol verərsə, gələcəkdə yüksək stresli rəqəmsal peşələrin də güzəştli pensiya siyahısına daxil edilməsi müzakirə oluna bilər”.
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov



































