Sosial
Bakı metrosu iş rejimində dəyişiklik edir
Bakı Metropoliteni QSC qeyri-iş günləri ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.
QSC-dən Publika.az-a verilən məlumata görə, 9 May − Faşizm Üzərində Qələbə Günü və mayın 11-də "28 May-Əhmədli" və əksinə istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.
İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər
-
Sosial16 İyun 23:36Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
-
Sağlamlıq16 İyun 22:48Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI
-
Magazin116 İyun 21:36Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
-
MDB16 İyun 20:48Müəllimi Putinə MƏSLƏHƏT VERDİ - “Özünə sübut etməyə çalış ki...”
-
Magazin116 İyun 20:36Mehriban Xanlarova makiyajsız görüntüsünü paylaşdı - FOTO
-
Nəqliyyat16 İyun 19:12Sərnişinlərə XOŞ XƏBƏR: Daha bir marşrutda bütün avtobuslar yenilənir
-
İdman16 İyun 18:24"Sabah"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi


































