DÇ-2026: Fransa Seneqalı məğlub etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

DÇ-2026: Fransa Seneqalı məğlub etdi - YENİLƏNDİ

DÇ-2026: Fransa Seneqalı məğlub etdi - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatında Fransa Seneqala qalib gəlib.

Publika.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.

Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar.

Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

xxx

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda ardıcıl iki qol vurukub.

Publika.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında əvvəlcə afrikalılar hesab arasındakı fərqi azaldıblar - 1:2.

90+5-ci dəqiqədə İbrahim Mbaye fərqlənib.

Ardınca isə Kilian Mbappe (90+6) Fransanın üstünlüyünü yenidən artırıb - 3:1.

xxx

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar hesab arasındakı fərqi artırıblar - 2:0.

82-ci dəqiqədə Bradli Barkola fərqlənib.

xxx

00:33

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

66-cı dəqiqədə Kilian Mbappe qapını dəqiq nişan alıb.

xxx

23:12

Futbol üzrə dünya çempionatının Fransa - Seneqal oyunu başlayıb.

Publika.az xəbər verir ki, qrupunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.

Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm