Sosial
Dəniz mənzərəli evlərdəki problem - Nəyə diqqət etməli?
Dəniz mənzərəsinə olan maraq bəzən vətəndaşlar üçün ciddi maddi itkiyə çevrilir.
Publika.az Xəzər TV-yə istinadla xəbər verir ki, dəniz mənzərəli binalarda mənzillər digər mənzillərlə müqayisədə 30-50 faiz daha baha qiymətə təklif olunur. Lakin sonradan həmin mənzillərin qarşısında yeni bina tikildikdə və mənzərə bağlandıqda, daşınmaz əmlakın bazar dəyəri kəskin şəkildə aşağı düşür.
Əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, şəhərin bəzi ərazilərində vətəndaşların mənzərəyə aldanma riski daha yüksəkdir. Onun sözlərinə görə, bu risk ərazinin relyefi və tikilən binanın mərtəbə sayı ilə birbaşa bağlıdır.
Vəkil Tural Şahbazov isə məsələnin hüquqi tərəfinə diqqət çəkərək qeyd edib ki, problem müqavilə əsasında tənzimlənməlidir.
O bildirib ki, əgər vətəndaş mənzil alarkən müqavilədə "dəniz mənzərəsi" ilə bağlı xüsusi bəndin daxil edilməsinə nail olubsa, gələcəkdə mənzərə bağlandığı halda məhkəməyə müraciət edərək təzminat tələb edə bilər.
Mütəxəssislərin fikrincə, mənzil alarkən mənzərəyə görə əlavə ödəniş edən şəxslər müqavilədə bunun ayrıca qeyd olunmasına xüsusi diqqət yetirməlidirlər.
Əks halda, bir gün pəncərədən baxarkən dəniz əvəzinə qarşıdakı binanın divarı ilə üz-üzə qala bilərlər.
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir






































