Sosial
460 uşağın dərsə davamiyyəti bərpa edildi - Fotolar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1349 məktəbə səfər edilib.
Publika.az xəbər verir ki, Agentlik və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı nəticəsində 2023-cü ildən həyata keçirilən bu xidmət çərçivəsində çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji iş həyata keçirilir.
Ötən dövrdə 5399 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. Vəziyyəti daha riskli hesab olunan 2036 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 460 uşağın dərsə davamiyyəti bərpa olunub.
Baxımsız, kimsəsiz uşaqlar isə Agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, nitq və ünsiyyət çətinliyi olan 123 uşaq loqopedik xidmətlərə cəlb edilib. 124 ailə Nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq qurumlara yönləndirilərək sosial problemlərinin həllinə dəstək göstərilib.
Eləcə də qeyd edilən dövr ərzində Bakı və regionlarda yerləşən 190-a yaxın ümumtəhsil müəssisəsində müxtəlif mövzularda (uşaq hüquqları, ailə dəyərləri, erkən nigah, məişət zorakılığı, zərərli vərdişlər, psixi sağlamlığın qorunması və s.) maarifləndirici görüşlər təşkil olunub.
“Təhsildə sosial iş” xidməti çərçivəsində aparılan işlər uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasını, bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir.





-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar


































