Sosial
Asiya İnkişaf Bankı ilə sosial sahədə yeni layihələrin icra imkanları nəzərdən keçirildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü Departamentinin Baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bu barədə Publika.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirliklə AİB arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyini, ötən dövrdə icra olunmuş birgə layihələrin önəmini qeyd edib.
"Belə layihələrdən biri olan "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi" layihəsi çərçivəsində görülmüş işlərin müsbət nəticələrinin olduğu bildirilib. AİB-in 2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının əhəmiyyəti, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə imkanlar yaratdığı diqqətə çatdırılıb.
Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri, aktiv məşğulluq proqramlarının icrası, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işləri barədə məlumat verilib. Ölkəmizin əmək qanunvericiliyində edilmiş son dəyişikliklər, icbari tibbi sığorta sistemində aparılan islahatlar qeyd edilib.
Kristin Enqstrom AİB-lə Nazirlik arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə AİB arasında yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib", - məlumatda qeyd olunub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı


































