Sosial
Tiktoker "Eliş"ə hökm oxundu
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilib və o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü "Eliş" ləqəbli tiktoker ötən ilin noyabrında paytaxtın Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Tiktokerin üzərinə baxış zamanı bir bükümdə kustar üsulla hazırlanmış 2.389 qram metamfetamin aşkar edilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elsevər Nəbiyev dəfələrlə TikTokda "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb. O, bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar


































