Sosial
“Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - VİDEO
Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yerləşən 7-ci binanın zirzəmisinin qarşısındakı acınacaqlı vəziyyət sakinlərin narazılığına səbəb olub.
Publika.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, binanın zirzəmisi uzun illərdir kanalizasiya və çirkab suları ilə dolu vəziyyətdədir.
Əraziyə yayılan kəskin üfunətli qoxu sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.
“Divarlar nəmdir. Nəmlik ikinci mərtəbəyə qədər qalxır. Qoxudan dayanmaq olmur. Bundan əlavə, həşəratlar da əmələ gəlir”, – sakinlərdən biri bildirib.
“Dəfələrlə “Azərsu”ya, icra hakimiyyətinə, bələdiyyəyə müraciət etmişik. Amma hamı məsuliyyəti bir-birinin üzərinə atır. İndiyədək məsələyə baxan olmayıb”, – başqa bir sakin qeyd edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə tullantı su xəttində tutulma baş verib:
“Əraziyə Binəqədi Sukanal İdarəsinin qəza briqadası və xüsusi texnika cəlb edilib. Tullantı su xətti yuyularaq tutulma aradan qaldırılıb. Xəttin fəaliyyəti bərpa edilib. Qəzalı xətlərin təmiri istiqamətində isə işlər davam etdirilir. Xüsusilə qeyd edirik ki, əsasən kanalizasiya tutulmalarına səbəb əhalinin xətlərə müxtəlif məişət tullantılarını atmaları olur. Belə halların baş verməməsi üçün sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı suyundan kənar əşyalar, məişət tullantıları atmasınlar”.
Daha ətraflı “Baku TV”nin süjetində:
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar


































