Sosial
“İnklüziv DOST” altproqramının gənc iştirakçılarına təşəkkürnamələr təqdim olundu - FOTO
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 5-ci günündə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdimat və proqramları maraqla qarşılanıb.
Publika.az xəbər verir ki, bu gün Azərbaycan pavilyonunda Nazirlik və Mərkəzin əməkdaşları “İnklüziv cəmiyyətin qurulması: hüquqlar və imkanlar” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat tədbirində iştirak edən “PEP Africa” beynəlxalq təşkilatının rəhbəri Melvine Vajiri Mərkəzin həssas qruplardan olan benefisiarları ilə görüşüb. O, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətini inklüziv cəmiyyət modelinin inkişafı və sosial bərabərliyin təşviqi sahəsində unikal təşəbbüs kimi qiymətləndirib.
“Urban Ekspo” sərgi sahəsində həyata keçirilən xüsusi proqramlar çərçivəsində isə Mərkəzin kapoeyra istiqaməti üzrə təlimçi və benefisiarları Azərbaycan Kapoeyra Federasiyasının üzvləri ilə birgə maraqlı kapoeyra şousu təqdim ediblər. Mərkəzin yaradıcı heyətinin iştirakı ilə təqdim olunan konsert proqramı və keramika istiqaməti üzrə master-klas ziyarətçiləri Azərbaycan incəsənətinin ən yaxşı nümunələri ilə tanış edib.
İnklüziv yaradıcılıq mühiti və həssas qruplardan olan şəxslərin sosial adaptasiyasına dəstək məqsədilə təşkil edilən proqramlar forumun əcnəbi qonaqları tərəfindən də rəğbətlə qarşılanıb.
Mərkəzdə “Könüllü DOST” proqramının “İnklüziv DOST” altproqramı üzrə fəaliyyətə cəlb olunan gənclərə WUF13 çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Mərkəzin “İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan” mövzusunda tərtib edilmiş pavilyonu sabah da “Urban Expo” sərgi iştirakçılarının ixtiyarında olacaq.
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ















.jpg)





.jpg)















