Sosial
Ölkənin ən çox izlənən verilişi bəlli oldu
Azərbaycanda tamaşaçılar tərəfindən ən çox izlənilən televiziya proqramı Xəzər TV-də yayımlanan “Komedixana” verilişi olub.
Publika.az yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanda televiziya kanallarının auditoriya reytinqlərini ölçən “Marsa” şirkətinin məlumatlarına görə, bu veriliş yanvar, fevral, mart, aprel, may və iyun aylarının hamısında reytinq cədvəlinin birinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, ilk yarımildə TOP-15 reytinq siyahısına daxil olan bütün proqramların yarısı Xəzər TV-nin payına düşüb.
Məlumat üçün bildirək ki, “Marsa” tərəfindən açıqlanan və 2026-cı ilin yanvar–iyun aylarını əhatə edən TOP 15 reytinq cədvəlinə ümumilikdə 32 fərqli veriliş və televiziya yayımı daxil olub.
Həmin verilişlərin 16-sı Xəzər TV-yə, 7-si ARB TV-yə, 4-ü ATV-yə, 3-ü Space TV-yə məxsus olub. CBC Sport TV və İTV isə yalnız UEFA Çempionlar Liqasının oyunlarının yayımı sayəsində reytinq siyahısına daxil olublar.
“Marsa”nın açıqladığı nəticələrə əsasən, AzTV, ARB 24, Real TV, Mədəniyyət TV, İdman TV və digər televiziya kanallarının heç bir proqramı 2026-cı ilin ilk yarısında açıqlanan TOP-15 reytinq siyahısına düşə bilməyib.
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?



































.jpg)
