Sosial
“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq
Kiberdələduzlar Vahid Dövlət İmtahanlarının nəticələrini gözləyən məktəbliləri hədəfə alıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının senatoru Artem Şeykin xəbərdarlıq edib.
Onun sözlərinə görə, imtahanlardan sonrakı dövrdə saxta nəticə yoxlama saytları, saxta apellyasiya müraciətləri, eləcə də “bal artırmaq” və ya “tanışlıqla yenidən imtahan təşkil etmək” vədləri ilə bağlı dələduzluq halları artır.
Senator bildirib ki, fırıldaqçılar abituriyentlərə və onların valideynlərinə universitetə qəbulun təsdiqlənməsi adı altında şübhəli keçidlər göndərirlər.
“Bəzən bu məktublar universitet və ya kollec qəbul komissiyasının rəsmi yazışmalarına o qədər bənzəyir ki, ilk baxışdan şübhə doğurmur”, - deyə Şeykin qeyd edib.
Onun sözlərinə görə, imtahanlar dövründə dələduzlar “əsl cavablar”, “Uzaq Şərqdən sızdırılmış suallar”, onlayn kömək və ya kurator dəstəyi vəd etsələr də, bütün bunlar sadəcə aldatma üsuludur.
Şeykin vətəndaşlara messencerlərdən və elektron məktublardan göndərilən şübhəli keçidlərə daxil olmamağı, pasport məlumatlarını, fərdi identifikasiya nömrələrini və SMS kodlarını üçüncü şəxslərə verməməyi tövsiyə edib.
O vurğulayıb ki, imtahanlar, apellyasiya prosedurları, yenidən imtahan vermək və ali məktəblərə qəbul barədə bütün rəsmi məlumatlar yalnız məktəblərin, məlumat emalı mərkəzlərinin, universitetlərin rəsmi saytlarında və abituriyentin şəxsi kabinetində yerləşdirilir.
Adəm
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı







.jpg)

.jpg)




.jpg)





















