Sosial
“Subay qalmaq istəyən hər kəsə deyirəm...” - Fərhad Mehdiyev
“İnsanın hiss edəbiləcəyi ən ülvi hiss sevgidir, bu onu insan edir. Onun da ən dərini, ən təmənnasız olanı, ən pak olanı valideynin öz övladına olan sevgisidir”.
Publika.az xəbər verir ki, bu barədə tanınmış vəkil Fərhad Mehdiyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, subay gənclər özlərini övlad sevgisindən məhrum etməməlidir:
“Buba görə də subay qalmaq istəyən hər kəsə deyirəm, ailə qurun, uşaq sahibi olun. Bu sevgini dadın. Yuxusuz gecələrdən onu keçirməklə, əlindən tutub böyütməklə, ona həyat məktəbində müəllim olmaqla, ən sonda əldə etdiklərinizi ona verib, bu dünyadan vidalaşmaqla siz bir insan, bir şəxsiyyət yetişdirirsiniz, və o şəxsiyyət sizin bu dünyada davamınızı təmin edir.
Övlad sevgisindən özünüzü məhrum etməyin, ailə qurun, ər-arvad əl-ələ verib nəsil böyüdün, onların xoşbəxtliyini görün ki ruhunuz rahat eləsin. Çalışın boşanmayın, ailənizi keçici tamah - istehlak - kapriz hisslərinə qurban verməyin”.
Xatırladaq ki, Fərhad Mehdiyevin qızı iyunun 16-da avtomobil qəzasında faciəvi şəkildə həyatını itirib.
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü





































