Sosial
FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş keçirildi - FOTO
FHN-in İdman-sağlamlıq klubunda respublika və beynəlxalq səviyyəli yarışlarda uğur qazanmış Nazirliyin idmançıları ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda qazandıqları qələbələr münasibətilə idmançıları təbrik edib. F.Musayev onlara gələcək böyük turnirlərdə və beynəlxalq yarışlarda yeni-yeni uğurlar qazanmağı arzu edib.
Qeyd edək ki, 23-25 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində taekvondo üzrə yeniyetmə, gənc və böyüklər arasında keçirilən “Altay” çempionatında FHN-in taekvondo üzrə gənclərdən ibarət yığma komandasının üzvü Nilufər Borji uğurlarının sayını artırıb. Məşqçi - müəllim Sənan Haşımlının rəhbərliyi ilə 49 kq çəki dərəcəsində üç döyüş keçirən Nilufər Borji gümüş medalın sahibi olub, həmçinin bu il “Belgium Open” turnirinin qızıl mükafatına layiq görülüb.
Bundan əlavə, 18-21 iyun tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Gəncə Olimpiya İdman Kompleksində kikboksinq üzrə yeniyetmə və gənclər arasında XXX Azərbaycan birinciliyi keçirilib. Respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətlərindən 82 klubu təmsil edən 700-ə yaxın idmançının qatıldığı birincilikdə FHN-in gənc və yeniyetmə idmançıları məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında uğurlara imza atıblar.
Oğlanlar arasında +91 kq çəki dərəcəsində üç döyüş keçirən Əli Nəcəfov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvləri, 48 kq çəki dərəcəsində Həsənəli İsgəndərli gümüş, 51 kq çəki dərəcəsində Əli Aslanov isə bürünc medalın sahibi olublar. Qızlar arasında isə 52 kq çəki dərəcəsində Yağmur Şahniyarova, 40 kq çəki dərəcəsində Ayan Əliyeva gümüş, 37 kq çəki dərəcəsində Mehparə Əsgərova bürünc medala yiyələnməyi bacarıblar.
Tədbir zamanı yarışda uğur qazanmış idmançılar, kikboksinq yarışında hakimlik edən Eyvaz Əliyev FHN-in İdman-sağlamlıq klubunun təsis etdiyi fəxri diplomla təltif ediliblər.
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO








































.jpg)
