Səhiyyə
Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
Gənc yaşlarda yaddaşın zəifləməsi çox vaxt orqanizmin fəaliyyətindəki pozuntular və həyat tərzi ilə bağlıdır.
Publika.az xəbər verir ki, səbəbi terapevt həkim Yuliya Kondalskaya RT ilə söhbətində açıqlayıb.
“Gənc yaşlarda yaddaşın zəifləməsini dərhal beynin geri dönməz dəyişiklikləri ilə əlaqələndirmək lazım deyil. Gənc pasiyentlərdə neyrodegenerativ xəstəliklərə deyil, daha çox həyat tərzi və orqanizmin ümumi vəziyyəti ilə əlaqəli olan metabolik və stress-induksiya olunmuş funksional pozuntulara təsadüf edilir”, - deyə Kondalskaya vurğulayıb.
Onun sözlərinə görə, yaddaş pozuntularına yuxu rejiminin pozulması, xroniki stress, çoxvəzifəlilik və nəhəng informasiya axını da səbəb olur.
Həkim koqnitiv qabiliyyətləri bərpa etmək üçün sutkada yeddi-on saat yatmağı, müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olmağı, həmçinin siqaret çəkməkdən imtina etməyi tövsiyə edib.
Hüseyn İbadlı
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)
.jpg)

.png)






















