Sosial
Tanınmış həkimə böhtan atan qadınlar cəzalandırıldı
Ağsu rayonunda həkimə böhtan atan şəxslər cəzalandırılıblar.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Ağsu rayon sakini Dəyanət Abdullayev rayonda həkim kimi fəaliyyət göstərib.
O, 2007-ci ildə ailə həyatı qursa da, 2025-ci ildə məhkəmə qərarı ilə nikaha xitam verilib.
Hadisədən sonra keçmiş həyat yoldaşı öz yaxınları ilə birləşərək həkimə qarşı qərəzli məlumatlar yayıb, onun işgüzar nüfuzuna xələl gətirən şaiyələr səsləndiriblər. Məsələ ilə bağlı D.Abdullayev keçmiş həyat yoldaşı və onun qohumlarına xəbərdarlıq etsə də, qarşı tərəf dayanmadan qarayaxma kampaniyası apararaq həkimə böhtan atmağa, onun əxlaqsızlıq etməsi barədə yalan məlumatlar yaymağa davam edib.
D.Abdullayev xüsusi ittiham qaydasında iddia qaldıraraq ona qarşı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslərin cəzalandırılmasını istəyib. O, keçmiş həyat yoldaşı Ülviyyə Abdullayeva və onun qohumları-Gültəkin Quliyeva və Əsli Abasova barədə şikayət verib.
Ağsu Rayon Məhkəməsində keçirilən prosesdə fakt təsdiqini tapıb və şikayət təmin edilib. Məhkəmənin qərarı ilə Ülviyyə Abdullayevanın əməlində Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri olmadığına görə ona bəraət verilib. Qərara əsasən, digər təqsirləndirilən şəxslər - Gültəkin Quliyeva və Əsli Abasova həmin maddələrlə təqsirli biliniblər, adıçəkilən şəxslərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz4 Oktyabr 20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO


































.jpg)