Sosial
“Azərsun Holdinq” “Qafqaz Konserv Zavodu”na mediatur təşkil etdi - Fotolar
“Azərsun Holdinq”in təşkilatçılığl ilə media nümayəndələri üçün “Qafqaz Konserv Zavodu”na mediatur keçirilib. Tur zamanı jurnalistlər “Bizim Tarla” kompotlarının istehsal prosesi ilə yaxından tanış olublar.
Publika.az xəbər verir ki, media nümayəndələrini qarşılayan zavodun direktoru Famil Qeybullayev müəssisənin fəaliyyət istiqamətləri, istehsal gücü və məhsulların hazırlanmasının bütün mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, “Qafqaz Konserv Zavodu” yüksəkkeyfiyyətli məhsullar istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.
Direktor qeyd edib ki, zavodun əsas fəaliyyət istiqamətlərindən biri yerli fermer və bağ sahibləri ilə uzunmüddətli əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində meyvə istehsalçıları məhsullarını sabit və sərfəli qiymətlərlə realizə edirlər, həmçinin kənd təsərrüfatının inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində mühüm nəticələr əldə olunur.
Media tur çərçivəsində jurnalistlər zavodun istehsal sahələrini gəzərək məhsulların xammalın qəbulundan emalına, qablaşdırılmasından hazır məhsulun anbara göndərilməsinədək bütün istehsal mərhələlərini yaxından izləyiblər. Onlara istehsal prosesində tətbiq olunan müasir avadanlıqlar, keyfiyyətə nəzarət sistemi və qida təhlükəsizliyi standartları barədə ətraflı məlumat təqdim olunub.



-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü














.webp)









.jpg)









.jpg)

.jpg)