Sosial
Yasamalda səyyar qəbul keçirildi: Sakinlərin problemləri dinlənildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayonun 13 nömrəli tam orta məktəbinin akt zalında baş tutub.
Publika.az xəbər verir ki, qəbulda Yasamal RİH-in məsul əməkdaşları, bələdiyyə və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də aidiyyəti xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.
Sakinləri salamlayan rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları onları narahat edən məsələlər, təklif və təşəbbüslər barədə fikirlərini sərbəst şəkildə bölüşməyə dəvət edib. Çıxış edən sakinlər ölkə başçısının vətəndaşlarla birbaşa ünsiyyətin genişləndirilməsi, müraciətlərin vaxtında araşdırılması və insanların problemlərinin həllinə göstərdiyi diqqəti yüksək qiymətləndirərək minnətdarlıqlarını ifadə ediblər.
Görüş zamanı sakinlər tərəfindən qurumuş ağacların budanması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyətlərdə elektromobillər üçün enerji xətlərinin çəkilməsi, sosial yardımın təyin olunması, eləcə də digər sosial və kommunal xarakterli məsələlər qaldırılıb.
Qəbul zamanı səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Elşad Həsənov bildirib ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət qurumlarının fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir və hər bir müraciətə qanunvericiliyin tələblərinə uyğun, obyektiv yanaşılır.
Səyyar qəbul zamanı bəzi müraciətlər yerində öz həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icraya yönəldilib. Bildirilib ki, həmin müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək.
-
Hadisə22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU


































.jpg)