Sosial
Bakının məşhur civəli termometri bərpa edildi - FOTO
Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa edilib.
Publika.az xəbər verir ki, bu barədə BŞİH məlumat yayıb.
Bildirilib ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub.
"Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.
Termometrin bərpası yalnız nostalji xarakter daşımır. Bu addım Bakının şəhər yaddaşının qorunması, keçmişdən qalan simvolların müasir şəhər mühitinə uyğun şəkildə yaşadılması baxımından da diqqət çəkir.
Dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir. Hazırda Bakıda isti hava şəraitinin hökm sürdüyü bir vaxtda civəli termometrin yenidən əvvəlki yerində quraşdırılması buradan keçən sakinlər tərəfindən rəğbətlə qarşılanıb", - məlumatda vurğulanıb.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)


.jpg)












