Sosial
Xor dirijorluğu və saksofon üzrə tədris proqramları yeniləndi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.
MEMİM-dən Publika.az-a bildirilib ki, proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.
Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni ilə bağlı proqramlar yenidən hazırlanıb. Yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Xatırladaq ki, MEMİM tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün tədris proqramları hazırlanıb.
Yenilənmiş tədris proqramlarını aşağıda qeyd olunan link vasitəsilə yükləyə bilərsiniz.
Link: https://memim.az/menu/tedris-proqramlari-1576832952?page=1
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik















.jpg)
















.jpg)