Sosial
Marneulidə Nizami Gəncəvinin büstünün açılışı oldu
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bərpa edilmiş büstünün açılışı olub.
Publika.az Report-a istinadla xəbər verir ki, Nizami Gəncəvinin şəhərin Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində yerləşən büstünün bərpası işləri Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə reallaşıb.
Açılış mərasimində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Azərbaycanın Gürcüstandakı Təhsil müşaviri Fuad Çıraqov, ictimaiyyət nümayəndələri, tələbələr və yerli sakinlər iştirak ediblər.
Büstün bir müddət əvvəl zədələndiyi və bərpaya ehtiyac yarandığı bildirilib. Görülən restavrasiya işlərindən sonra abidə yenidən əvvəlki görkəminə qaytarılıb.
Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev çıxışında bərpa prosesində əməyi olan şəxslərə və şəhər rəhbərliyinə təşəkkür edib. O, Gürcüstanda Azərbaycan xalqının tarixi, mədəniyyəti və incəsənətinin qorunmasına göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Nizami Gəncəvinin büstü 2012-ci ildə Marneulidə ucaldılıb və həmin il açılışı keçirilib. 14 il sonra büstün bərpası ilə bağlı işlər həyata keçirilib. Bərpa işlərini rəssam-heykəltəraş Qəşəm Süleymanov icra edib.
Tədbir daha sonra Marneulidəki Azərbaycan Evində davam etdirilib. Burada Nizami Gəncəvinin zəngin ədəbi irsi, şairin yaradıcılığının Azərbaycan və Gürcüstan xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)


.jpg)












