Sosial
Bir rəqəm, üç fərqli maaş: Orta əməkhaqqının GİZLİ HESABI
Azərbaycanda orta aylıq nominal əməkhaqqının necə hesablandığı açıqlanıb.
Publika.az "Yeni Sabah"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi “Statistika vaxtı” rubrikasının növbəti buraxılışında orta aylıq əməkhaqqının hesablanması qaydasına aydınlıq gətirib.
Komitənin məlumatına görə, orta aylıq nominal əməkhaqqı hər bir işçinin aldığı fərdi maaşı deyil, muzdla çalışan işçilər üzrə hesablanan ümumi statistik göstəricini ifadə edir.
Qeyd olunub ki, göstəricinin hesablanmasını sadə nümunə ilə izah etmək mümkündür. Belə ki, bir müəssisədə 3 işçinin aylıq əməkhaqqı müvafiq olaraq 700, 1000 və 1300 manatdırsa, onların ümumi əməkhaqqı 3000 manat təşkil edir. Bu məbləğ 3 işçiyə bölündükdə orta aylıq əməkhaqqı 1000 manat alınır.
Lakin bu, hər üç işçinin 1000 manat maaş aldığı anlamına gəlmir. İşçilərdən biri 700, digəri 1000, üçüncüsü isə 1300 manat əməkhaqqı alır.
Komitə bildirib ki, ümumi statistik hesablamada da eyni məntiq tətbiq olunur. Müəyyən dövr üzrə hesablanmış əməkhaqqı fondu faktiki işləmiş işçilərin orta sayına və həmin dövrdəki ayların sayına bölünür. Nəticədə orta aylıq nominal əməkhaqqı göstəricisi əldə edilir.
Beləliklə, orta aylıq nominal əməkhaqqı ayrı-ayrı şəxslərin maaşını deyil, ölkə üzrə əməkhaqqının ümumi səviyyəsini xarakterizə edən statistik göstəricidir.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)








.png)






.jpg)









