Sosial
Növbəti köç Ağdam şəhərinə çatdı, açarlar təqdim olundu - YENİLƏNDİ
Ağdamda növbəti 117 ailəyə mənzillərinin açarları təqdim edilib.
Publika.az xəbər verir ki, təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
.jpg)
xxx
Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.
Publika.az xəbər verir ki, bu gün səhər saatlarında respublikanın müxtəlif ərazilərindən yola salınan 117 ailə, ümumilikdə 362 nəfər Ağdam şəhərinə çatıb.
Mənzil başına çatan sakinlərə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
Qeyd edək ki, Ağdama köçürülən ailələr “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərdə onlar üçün inşa edilmiş mənzillərlə təmin olunurlar.
.jpg)
.jpg)
.jpg)
xxx
Bu gün Ağdam şəhərinə növbəti köç olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 362 nəfərdən ibarət 117 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO



















.jpg)



.jpg)




.png)






.jpg)









