Sosial
3 övladı olan ailələrə müavinət verilə bilər - Yeni açıqlama
"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub".
Publika.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, təkliflərdə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur:
"Bu dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq. Belə ailələrdə hər uşağa görə aylıq müavinət ödənilməsi, həmçinin valideynlərin daha erkən pensiyaya çıxması təklif edilir.
Layihədə üç uşaqlı ailələr üçün pensiya yaşının 3 il, dörd uşaqlı ailələr üçün 4 il, beş və daha çox uşağı olan ailələr üçün isə 5 il azaldılması nəzərdə tutulur.
Mövcud meyarın dəyişdirilməsi daha çox ailənin dövlət sosial dəstəyindən yararlanmasına imkan verə bilər. Bu addımın eyni zamanda üç və daha çox uşaqlı ailələrin sosial təminatının gücləndirilməsinə və ölkədə təbii artımın stimullaşdırılmasına xidmət edəcəyi gözlənilir. Təkliflərlə bağlı Milli Məclisdə müzakirələrin aparılması gözlənilir".
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)




.jpg)



.png)






.jpg)









