Sosial
Unibank bankomat şəbəkəsini yeniləyir
"Unibank" müştərilərə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə bankomat şəbəkəsinin yenilənməsi və genişləndirilməsi istiqamətində işləri davam etdirir. Hazırda Bank ölkə üzrə 187 aktiv UTM ilə Azərbaycanın 3-cü ən geniş bankomat şəbəkəsinə sahibdir.
Publika.az xəbər verir ki, ilin sonunadək "Unibank" UTM-lərinin sayının 200-ü ötməsi planlaşdırılır. Bu addım müştərilərin nağd pul, mədaxil, valyuta mübadiləsi və digər bank xidmətlərinə daha rahat çıxışını təmin etməyə yönəlib.
"Unibank" UTM-lərinin əsas üstünlükləri:
Geniş əməliyyat imkanları — müştərilər UTM-lər vasitəsilə mədaxil, məxaric, eləcə də USD və EUR-dan AZN-ə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilirlər.
Rahat istifadə təcrübəsi — bankomatlar NFC dəstəyi və toxunma ekranı ilə təchiz olunub. Bu da əməliyyatların daha sürətli və rahat aparılmasına imkan yaradır.
Yüksək məxaric limiti — müştərilər bir əməliyyat çərçivəsində 200 əsginasa qədər, məbləğ olaraq isə 19 500 AZN və ekvivalentində məxaric edə bilirlər.
Təhlükəsiz əməliyyat mühiti — Unibank UTM-ləri EMVCo və PCI DSS standartlarına uyğun yüksək təhlükəsizlik tələbləri əsasında fəaliyyət göstərir.
Daha geniş əlçatanlıq — bankomatların həm şəhər mərkəzlərində, həm də əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirilməsi davam etdirilir.
Yeni funksionallıqlar — növbəti mərhələdə UTM-lərə cari hesaba mədaxil, AzQR vasitəsilə QR əməliyyatları, kredit ödənişləri və ikitərəfli valyuta mübadiləsi imkanlarının əlavə edilməsi nəzərdə tutulur.
"Unibank" bankomat şəbəkəsinin coğrafiyasını da genişləndirməyi planlaşdırır. Yaxın dövrdə Qəbələ və Yevlax şəhərlərində yeni UTM-lərin istifadəyə verilməsi nəzərdə tutulur.
"Unibank" bankomat xidmətlərinin keyfiyyətinin artırılmasına da xüsusi önəm verir. Hazırda UTM əməliyyatları zamanı yaranan problemlərlə bağlı müraciətlərin 72 %-i bir gün ərzində həll edilir. Bank bu göstəricini növbəti mərhələdə 78 %-ə çatdırmağı hədəfləyir.
"Unibank" - Sənin Bankın!
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)




.jpg)



.png)






.jpg)









