Sosial
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
Azərbaycanda toxumun istehsalından satışınadək bütün dövriyyə zəncirinin izlənilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə yeni qəbul olunmuş “Toxumçuluq haqqında” Qanunla bağlı keçirilən mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, yeni qanunla ilk dəfə “toxum əməliyyatçısı” anlayışı tətbiq edilir. Toxum əməliyyatçıları yalnız istehsalla deyil, həm də toxumun idxalı, ixracı, tədarükü, ticarəti, saxlanılması, təmizlənməsi və digər əməliyyatlarla məşğul olan subyektləri əhatə edəcək.
Bildirilib ki, bununla dövlət qurumları, eləcə də fermerlər ölkədə istehsal edilən və dövriyyədə olan toxumlarla bağlı daha dolğun məlumat əldə edə biləcəklər.
Yeni sistem toxumun istehsal prosesinin bütün mərhələlərinin izlənilməsinə, o cümlədən əkin sahəsinin, aqrotexniki tədbirlərin və nəticədə əldə olunan toxumun keyfiyyətinin nəzarətdə saxlanılmasına imkan verəcək.
Digər mühüm yenilik özəl sektorun toxumçuluqdakı rolunun genişləndirilməsidir. Yeni qanunvericiliyə əsasən, özəl sektorda da orijinal və elit sertifikatlı toxumların istehsalı mümkün olacaq. Bildirilib ki, bazarda istifadə edilən reproduksiyalı toxumların əsasını məhz orijinal və elit toxumlar təşkil edir.
Eyni zamanda, toxum istehsalının və dövriyyəsinin elektron sistemlər, rəqəmsal həllər və süni intellekt vasitəsilə izlənilməsi nəzərdə tutulur.
İdxal olunan toxumlara nəzarətin də gücləndirilməsi planlaşdırılır.
Qeyd olunub ki, sahibkarlıq subyektlərində yoxlamalara mövcud məhdudiyyətlər olsa da, bu, ölkəyə gətirilən toxumların keyfiyyətinə nəzarətin aparılmaması demək deyil. Yeni mexanizmlərlə idxal və satış prosesinin məsafədən izlənilməsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq































.jpg)

