Sosial
Yasamalda sakinlərin növbəti qəbulu keçirildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması, onların problemlərinin operativ həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Yasamal rayonunda sakinlərin növbəti qəbulu keçirilib.
Publika.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini icra hakimiyyətinin inzibati binasında qəbul edərək onların müraciət və şikayətlərini dinləyib. Sakinləri salamlayan icra başçısı onların müraciətlərinin diqqətlə araşdırılacağını və qanunvericiliyə uyğun şəkildə həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.
Qəbul zamanı sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar əsasən Sovetski ərazisində dövlət ehtiyacları üçün torpaqların alqı-satqısı, 20 yanvar şəhidinin statusu, yaşayış sahəsinin statusunun dəyişdirilməsi, mənzil növbəsi, qanunsuz tikinti ilə mübarizə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hər bir sakinin müraciətini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Qəbul zamanı bir sıra məsələlərin həlli ilə bağlı operativ tədbirlər görülüb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrasının təmin edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO











.jpg)




.jpg)



.png)






.jpg)









